“Xaricə heç vaxt getməmişəm və buna imkanım yoxdur”.
Metbuat.az xəbər evrir ki, bu sözləri Bizim.media-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov həkimlərin müalicə üçün xaricə üz tutması məsələsindən danışarkən qeyd edib.
Onun sözlərinə görə, ümumiyyətlə xaricdə olmayıb:
“Maaşla dolanan adamam və məvacibim yalnız dolanmağa yetir. Xaricə getməyə imkanım yoxdur. Toylara belə çox vaxt borc götürüb gedirəm”, - deyə R.Mahmudov gileylənib.
Qeyd edək ki, son vaxtlar həkimlərimiz nəinki vakansiya üçün, hətta öz səhhətlərində yaranmış narahatlıqları üçün də xaricə axın edirlər.