Kürə neft məhsullarının axıdılması aşkarlandı - FOTO

ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, DİN-in Mingəçevir şəhər Polis Şöbəsinin, FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin və Mingəçevir Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Mingəçevir şəhərində Kür çayının sahilində, gəmilərin yan aldığı limandakı kater və gəmilərdə yanacaq çəninin düzgün izolyasiya olunmaması və mühərriklərdə olan nasazlıq səbəbindən neft məhsullarının çaya axıdılması faktları müəyyən edilib.

Metbuat.az xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı gəmi istifadəçiləri Zaur Məmmədli, Fərid Əkbərov, İsgəndər Rzayev və Ehtiram Abdullayev barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb. Nəqliyyat vasitələrində olan nasazlıqların aradan qaldırılması üçün onlara məcburi göstərişlər verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı