Bakıda EcoTech 2023 sərgisi keçiriləcək

9 və 10 sentyabr tarixlərində Bakıda EcoTech 2023 sərgisi keçiriləcək.

Metbuat.az xəbər verir ki, sərgiyə qoşulmaq istəyənlər müraciət edə bilərlər.

Yaşı 14-18 arasında olan 3-5 nəfərdən ibarət komanda quraraq davamlılıq və ya texnologiya mövzusuna diqqət yetirən proyekt hazırlanmalıdır.

Layihə variantı ərizə forması vasitəsilə EcoTech 2023-ə təqdim edilməlidir.

Müraciətlərin son tarixi isə 25 avqustdur.

EcoTech layihəsinin bir üzvü olmaq üçün bu fürsəti qaçırmayın.

Layihə barədə əlavə məlumatları bu ünvanlardan əldə etmək mümkündür.

Onlayn saytı - https://ecotechbaku.com/
E-poçt ünvanı – ecotechbaku@gmail.com
İnstaqram səhifəsi - @ecotechbaku


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR