​“Veysəloğlu” qadınların karyera qurmalarına dəstək üçün təlimlərə başladı - FOTO

Veysəloğlu Şirkətlər Qrupu Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlığı çərçivəsində regionlarda yaşayan işsiz qadınlar üçün təlimlərə başlayıb.

Artıq Xəzər rayonunda ilk təlim baş tutub. Təlim proqramı Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsinin “Qadının gücü” layihəsi əsasında təşkil olunub. Xəzər rayonu ərazisində yaşayan 10-dan çox işsiz qadına “OBA” əməkdaşları tərəfindən “Satış və merçendayzinq”, “Müştəri məmnuniyyəti” və “Korporativ yazışma qaydaları” mövzuları əsasında təlimlər keçirilib.

Tədbirin nəticəsində işsiz qadınlar marketdə karyera ilə bağlı ilkin məlumatlara yiyələniblər.Daha sonra “OBA” marketlər şəbəkəsi tərəfindən şirkətdə çalışmaq istəyən qadınlar üçün işəqəbul prosesi həyata keçirilib.

Təlimdə iştirak edən qadınlardan bir çoxu “OBA”da uyğun vakansiyalarda çalışmaq üçün müraciət ediblər.

Veysəloğlu Şirkətlər Qrupu olaraq ötən ildən etibarən “Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” (WEPs) layihəsinə qoşulmuşuq və qadınların cəmiyyətdəki rolunun artırılmasına dəstək olmaq öhdəliyi götürüb.

“OBA” marketlər şəbəkəsi sosial məsuliyyət layihələrinə xüsusi diqqət ayırır. Bu layihələr sırasında “Qadının gücü” böyük önəm kəsb edir. Layihə qadınların vakansiyalara uyğun olaraq seminar və təlimlərlə maarifləndirilməsini və iş həyatına adaptasiyasını hədəfləyir.

Təlimlərin avqust-sentyabr ayları ərzində ölkəmizin bir neçə regionunda təşkil edilməsi nəzərdə tutulur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı