Ermənistan kütləvi məzarlıq barədə məlumat verməkdən imtina edir - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada aşkarlanmış daha bir kütləvi məzarlıq haqqında paylaşım edib.

Metbuat.az xəbər verir ki, paylaşımda deyilir:

"Mülki şəxslərin və hərbi əsirlərin saxlandığı, onlara qarşı qeyri-insani rəftar edildiyi, həmin şəxslərin işgəncələrə məruz qaldığı, öldürüldüyü Şuşa həbsxanasının yaxınlığında 4000 nəfər itkin düşmüş azərbaycanlının basdırıldığı daha bir kütləvi məzarlıq aşkarlanıb. Ermənistan məsuliyyətdən yayınmaq üçün kütləvi məzarlıqların yeri barədə ətraflı məlumat verməkdən imtina edir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı