​“Gənclərin Media Savadlığının Artırılması” layihəsi başlayır

Azərbaycan Respublikası Gənclər İdman Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin Media Savadlılığının Artırılması” layihəsinə start verilir.

Metbuat.az xəbər verir ki, bu barədə “İRƏLİ” İctimai Birliyinin Mətbuat xidməti məlumat yayıb.5 gün müddətində düşərgə formatında həyata keçiriləcək layihə çərçivəsində iştirakçılar ictimaiyyətlə əlaqələr və onun əsas prinsipləri, rəqəmsal marketinq və brendinq, kommunikasiya bacarıqları, sosial media və yeni trendlər, eləcə də, digər mövzular üzrə təlim sessiyalarının həyata keçirilməsi planlaşdırılır. Layihə müddətində həmçinin bir sıra media nümayəndələri ilə görüş və digər maraqlı tədbirlərin təşkili nəzərdə tutulub.

. Qeyd edək ki, Xaçmaz rayonunda baş tutacaq layihədə ilkin qeydiyyat və müsahibə mərhələlərini uğurla başa vurmuş 80 nəfər iştirak edəcək. Layihənin əsas məqsədi gənclərin media sahəsində bilik və bacarıqlarını artırmaq, həmçinin rəqəmsal transformasiya dövründə kommunikasiya vasitələrindən düzgün və aktiv şəkildə istifadəni təbliğ etməkdir.

“Gənclərin Media Savadlılığının Artırılması” layihəsində iştirak etmək istəyən 17-25 yaş aralığında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/gnuLQ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı