Suriya Prezidenti Əhməd Şara və xarici işlər naziri Əsəd Həsən Şeybani paytaxt Dəməşqdə rəsmi səfərdə olan Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
Metbuat.az xəbər verir ki, tərəflər Xalq Sarayında bir araya gəlib. Suriya Xarici İşlər Nazirliyinin X hesabındakı məlumata görə, Suriya və Cənubi Koreyanın xarici işlər nazirləri iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına dair saziş imzalayıblar. Qeyd edək ki, Cənubi Koreya mətbuatı Çonun Suriyaya səfər edən ilk Cənubi Koreya xarici işlər naziri olduğunu yazıb. Qeyd edək ki, devrilmiş Suriya rejimi Şimali Koreya ilə əlaqələr qurmuşdu.