İngilis dili müəllimi dərsdən çıxıb məhkəməyə gəldi - Həbs edildi

Mənimsəmədə ittiham olunan Cəlilabad rayon Göytəpə şəhəri V.Mürsəlov adına 1 saylı orta məktəbin sabiq direktoru Seymur Cəfərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Metbuat.az “Qafqazinfo”ya istinadən bildirir ki, Cəlilabad Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökm gününə kimi orta məktəbdə ingilis dili müəllimi işləyən S.Cəfərov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Dərsdən birbaşa prosesə gələn müəllim məhkəmə zalında həbs edilərək istintaq təcridaxanasına göndərilib.

Qeyd edək ki, S.Cəfərov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. O, məktəb direktoru işlədiyi müddətdə 12 min manat büdcə vəsaitini mənimsəməkdə təqsirləndirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Barəsində istintaq dövrü müddətində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs verilmiş ittihamlarla özünü təqsirli bilməyib, dəymiş ziyanı ödəməkdən imtina edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı