"Fənərbaxça" misirli oyunçunu heyətinə qatdı

Transfer dönəminin aktiv klublarından olan “Fənərbaxça” daha bir oyunçunun keçidini həll edib.

Metbuat.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Misi “El Mokavlun”undan Omar Fayedi transfer edib. 20 yaşlı mərkəz müdafiəçisi ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Omar Fayed “El Mokavlun”un yetirməsidir. O, bu komandanın əsas heyətində 29 rəsmi matçda meydana çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR