Şamaxıda dağlıq ərazi yanır - YENİLƏNİB / FOTO

Şamaxı rayonunun Mədrəsə qəsəbəsi yaxınlığında dağlıq ərazidə baş verən yanğın davam edir.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, yanğın Kərkənd ərazisində mürəkkəb dağlıq relyefə malik sahədə qeydə alınıb. Yanan ərazi kol-kos və otlaq sahədən ibarətdir. Əraziyə Şamaxı Yanğından mühafizə bölməsinin 25 nəfər şəxsi heyəti, yanğınsöndürən avtomobilləri cəlb olunub.

İlkin məlumata görə, yanğın ümumilikdə 3 hektar ərazini əhatə edir.

15:25

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Metbuat.az-a verilən xəbərə görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilir.

Əlavə məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı