“WhatsApp” əyləncəli funksiyanı istifadəyə verdi - FOTO

“WhatsApp” yeni funksiyanı istifadəyə verib.

Metbuat.az xəbər verir ki, yeni funksiya nəticəsində istifadəçilər süni intellektdən istifadə edərək fərdi stikerlər yarada biləcək. Bildirilir ki, yeni funksiyanın artıq beta versiyada sınaqları başlayıb. Məlumatda qeyd edilir ki, “WhatsApp” stikerlərin fərdi şəkildə yaradılmasını təmin etmək üçün süni intellektlə işləyir. Xüsusi stikerlər sayəsində tətbiq daha əyləncəli olacaq. İstifadəçi istədiyi stiker haqqında mətni dəqiqləşdirmək üçün “Sticker” seçimində "Yarat" düyməsindən istifadə edə bilər. İstifadəçi verdiyi mətn direktivinə əsasən, süni intellekt yeni stiker yaradacaq. Bu şəkildə yaradılan stikerlərin süni intellekt tərəfindən yaradıldığına dair xüsusi imzası olacaq.

Beləliklə, istifadəçilər süni intellektlə yaradılmış stikerləri digər stikerlərdən ayıra biləcəklər. Həmçinin, uyğun olmayan və ya zərərli məzmunu olan stikerlər Meta tərəfindən aşkar ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR