"Sabah" da avrokuboklarla vidalaşdı

"Sabah" ötən gecə Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda səfərdə Serbiya "Partizan"ı ilə qarşılaşıb.

Metbuat.az xəbər verir ki, "Partizan" stadionunda keçirilən görüşün əsas vaxtı meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Bu komandalar arasında ilk matç "Sabah"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ona görə də cütün qalibinin müəyyənləşməsi üçün görüşdə əlavə vaxta ehtiyac olub. Lakin bu müddət ərzində komandalar fərqlənə bilməyiblər.

Matç penaltilər seriyası ilə davam edib. Burada "Partizan" daha dəqiq davranıb - 5:4. Beləliklə, "Sabah" Konfrans Liqasında mübarizəni dayandırıb.

Qeyd edək ki, "Sabah" bu mövsüm tarixində ilk dəfə avrokuboklarda iştirak edirdi.

17 avqust

23:00. "Partizan" (Serbiya) - "Sabah" (Azərbaycan) - 2:0 (Penaltilər seriyası - 5:4)

Qollar: Mateus Saldanya, 30 (1:0), Bibras Natxo, 58 (2:0)

"Partizan": +, +,+,+, +

"Sabah": +, +, +, +, -

Qırmızı vərəqə: Kristian Beliç, 116 ("Partizan")
Baş hakim: Bartoş Frankovski (Polşa)
İlk oyun - 0:2
"Partizan" stadionu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı