Nicat və Karlsen arasında ilk oyun başa çatdı

Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunun yarımfinal mərhələsinin ilk oyununda beşqat dünya çempionu norveçli Maqnus Karlsenlə qarşılaşıb.

Metbuat.az bildirir ki, qara fiqurlarla oynayan təmsilçimiz məğlub olub.

Nicat və Karlsen arasında ikinci oyun sabah baş tutacaq. 28 yaşlı qrossmeysterimiz bu oyunda ağ fiqurlarla oynayacaq.

Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Maqnus Karlsen isə onun həmyerlisi Domaracu Qukeşi mübarizədən kənarlaşdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı