"Qalatasaray"ın futbolçusu Mauro İkardi klubun sabiq oyunçusu George Hacinin rekordunu təkrarlayıb.
Metbuat.az qol.az-a istinadən xəbər verir ki, o, buna Türkiyə Superliqasının 2-ci turunda "Trabzonspor"a qarşı matçda dubl edərək nail olub. Argentinalı hücumçu Türkiyədə derbilərdə vurduğu qollların sayını 8-ə yüksəldib.
O, Türkiyədə derbilərdə ən çox qol vuran əcnəbi oyunçular sırasında G.Hacinin rekordunu təkrarlayıb.