Ramil Şeydayev yeni klubunda ilk qolunu vurdu

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Tailand klubu “Buriram Yunayted”in heyətində ilk rəsmi qolunu vurub.

Metbuat.az xəbər verir ki, hücumçu ölkə çempionatının II turunda “Lampun Uorrior”la görüşdə fərqlənib.

O, komandasının 3:0 hesabı ilə qalib gəldiyi matçın 6-cı dəqiqəsində hesabı açıb. Şeydayev yalnız 79-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Buriram Yunayted” hazırda 4 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı