Füzuliyə yola salınmış növbəti köç mənzil başına çatıb

Bu gün Bakıdan Füzuli şəhərinə yola salınan növbəti köç - 68 nəfərdən ibarət 24 ailə mənzil başına çatıb.

Metbuat.az xəbər verir ki, bu ailələr bundan sonra öz doğma şəhərlərində - Füzulidə yaşamağa başlayacaq.

Evlərin açarları sakinlərə təqdim olunub.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 47 ailə, yəni 158 nəfərin daimi məskunlaşması təmin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı