Arda Gülərlə bağlı "Real Madrid"ə xoş xəbər

Dizindən əməliyyat olunan Arda Gülər yaşıl meydanlara gözləniləndən daha tez qayıdacaq.

Metbuat.az offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi ABŞ-də zədələnərək, toplanışı yarımçıq qoymuş və Madridə dönmüşdü. Futbolçu daha sonra əməliyyat olunmuş və bir aydan çox müddətə sıradan çıxdığı açıqlanmışdı.

İspaniya mətbuatının xəbərinə görə, Arda zədəsini sağaldır və yaşıl meydanlara gözləniləndən daha tez dönə bilər. Bu xəbər klub rəhbərliyini və məşqçi heyətini məmnun edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR