Fəvvarələr Meydanındakı bu obyekt narazılığa səbəb oldu - RƏSMİ AÇIQLAMA

Bakının mərkəzində, Fəvvarələr Meydanında obyekt tikilməsi üçün işlər aparılıb.

Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məsələ ilə bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən bildirilib ki, sözügedən məsələ araşdırılıb, artıq tikinti işləri dayandırılıb:

"Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) şəhərsalma nəzarəti qaydasında monitorinq zamanı heç bir razılıq olmadan tikinti işlərinin aparıldığı müəyyən edilərək dərhal dayandırılıb.

Bununla bağlı Komitə tərəfindən şəhərsalma nəzarəti qaydasında aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinə məlumat verilərək qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi barədə müraciət edilib. Hazırda tikinti işləri tam olaraq dayandırılmış, Komitənin Baş İdarəsinin nəzarəti altına götürülüb".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR