Türkiyənin Çanaqqala bölgəsində güclü meşə yanğınları davam edir.
Metbuat.az xəbər verir ki, yanğının söndürülməsinə 8 təyyarə, 26 helikopter, 240 ədəd suçiləyici, 71 su tankeri və 328 ədəd digər vasitələr cəlb edilib.
Rayonun 9 kəndində ümumilikdə 337 təsərrüfat və 1 251 nəfər ehtiyat tədbiri olaraq təxliyə edilib.
Həmçinin, hazırda Çanaqqala boğazı ikitərəfli dəniz nəqliyyatı üçün bağlıdır.