Rusiyanın paytaxtı Moskva yenidən PUA-ların hücumuna məruz qalıb.
Metbuat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Paytaxt meri Sergey Sobyanin rəsmi teleqram kanalında yazıb ki, Moskva vilayətinin Mojaysk rayonunda pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə vasitəsi ilə vurulub, daha bir PUA isə Moskva-Siti ərazisində tikilməkdə olan binaya düşüb.