"Qalatasaray"dan Verratti bombası - "Əl-Əhli" geri çəkildi

Yarımmüdafiə xəttini gücləndirmək istəyən "Qalatasaray" Marko Verratti üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, “Qalatasaray” tərəfi Veratti üçün danışıqlar aparır. “L'Equipe”in xəbərinə görə, “Əl-Əhli” PSJ-dən ayrılacağı gözlənilən Marko Verratti ilə danışıqlar apararaq, prinsipial razılığa gəlmişdi. Lakin Verrattinin menecerləri yeni tələblərlə çıxış etdikdən sonra “Əl-Əhli” transferdən imtina edib.

Bundan sonra isə "Qalatasaray" Veratti üçün hərəkətə keçib. Məlumata görə, Verrattinin transferinin "Qalatasaray" üçün iqtisadi cəhətdən çətin olacağı bildirilsə də, Türkiyə təmsilçisinin maddi imkanlarını transfer üçün səfərbər etməyə hazır olduğu qeyd edilir.

Qeyd edək ki, 11 ildir PSJ-də oynayan 30 yaşlı Marko Verratti "Peskara"dan 12 milyon avroya transfer olunub. Komandası ilə daha 3 illik müqaviləsi olan italiyalı yarımmüdafiəçi ötən mövsüm PSJ-nin heyətində 38 oyun keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı