Ana 17 ildir axtardığı qızını üzbəüz mənzildə tapdı - FOTO

Çində ailə 17 ildir axtardığı qızının üzbəüz binada yaşadığını eşidəndə şoka düşüb.

Metbuat.az xəbər verir ki, DNT testi nəticəsində illərdir itkin düşən 20 yaşlı qızın qonşu binada yaşadığı üzə çıxıb. İllər sonra baş tutan görüşdə emosional anlar yaşanıb. Məlumata görə, Quyçjou əyalətində 1999-cu ildə cütlük bazarda 3 yaşlı qızı itirib. Həmin tarixdən sonra ailə qızlarını tapa bilməyiblər.17 il sonra cütlüyün böyük qızı itkin düşən bacısını tapmaq üçün “qohum tanışlıq platforması”na müraciət edib.

Elan edilən məlumatdan sonra qız tapılıb. Məlumata görə, itkin düşən qız qonşuluqda yaşayan ailə tərəfindən övladlığa götürülübmüş. Bundan sonra səlahiyyətlilər iki tərəf arasında görüş təşkil ediblər. 17 il qızından ayrı qalan ana göz yaşlarına hakim ola bilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR