Baydendən Priqojinin ölümünə REAKSİYA: "Təəccüblənmədim"

ABŞ Prezidenti Co Bayden avqustun 23-də Rusiyanın Tver vilayətində baş vermiş təyyarə qəzasına münasibət bildirib.

Metbuat.az xəbər verir ki, siyasətçi qeyd edib ki, baş verən faciə onu təəccübləndirməyib: “Lakin mən hələ nəyin baş verdiyini dəqiq bilmirəm”, - C.Bayden fikrinin davamında söyləyib.

Xatırladaq ki, avqustun 23-də Rusiyanın Tver vilayətində “Vaqner”in rəhbəri Yevgeni Priqojinə məxsus təyyarə qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarədəki sərnişinlər arasında Yevgeni Priqojin də olub. O, qəzada həyatını itirib.

Həmçinin oxuyun: "Aşpaz"lıqdan qiyama gedən yol - Priqojin haqqında bilinməyənlər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı