Ukrayna əsgərləri Krıma daxil oldu - Xüsusi əməliyyat başladı

Ukraynalı əsgərlər xüsusi əməliyyat çərçivəsində Krıma daxil olublar.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov açıqlama verib. O “Suspilne.media” xəbər saytına açıqlamasında bildirib ki, Ukrayna Baş Kəşfiyyat İdarəsi Hərbi Dəniz Qüvvələri ilə birgə Krımda xüsusi əməliyyat keçirib.

"Xüsusi əməliyyat çərçivəsində əsgərlər yarımadaya daxil olub. Hədəflərə çatıldı. Əsgərlərimiz arasında itki yoxdur” - mətbuat katibi Andrey Yusov deyib.

Xüsusi əməliyyatın davam etdiyini deyən Yusov bütün detalları açıqlamayacaqlarını bildirib. Yusov Rusiya qüvvələrinin itkilər verdiyini iddia edib.

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi Kirill Budanov da “Azad Avropa” radiosuna Krımın istənilən bölgəsini vurmaq imkanlarının olduğunu deyərək “Biz şübhəsiz ki, düşmənin istənilən məntəqəsinə çata bilərik” bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı