"Ciddi səhvlərə yol verdi" - Rusiya lideri Priqojindən DANIŞDI

Rusiya Prezidenti Vladimir Putin Tver vilayətində baş verən təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Qeyd olunub ki, Putin Yevgeni Priqojin haqqında ayrıca danışıb.

“Priqojin çətin taleyi olan bir insan idi və həyatda ciddi səhvlərə yol verdi. O, istedadlı insan, iş adamı idi”, - deyə Vladimir Putin bildirib.

Rusiya lideri əlavə edib ki, təhqiqat komitəsinin rəhbəri təyyarə qəzası ilə bağlı araşdırmaya başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR