Bu il 133 piyadanı maşın vurub - 65 nəfər ölüb

Cari ilin 7 ayı ərzində respublika üzrə piyadaların vurulması ilə nəticələnən 350 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.

    Məlumata görə, bu, ümumi yol qəzalarının 37,3 faizi deməkdir. Bakı şəhəri üzrə isə bu göstərici 55 faiz təşkil edir. Belə ki, baxılan hesabat dövrü ərzində paytaxt ərazisində 133 piyada vurma hadisəsi qeydə alınıb ki, nəticədə 65 nəfər həyatını itirib, 77 nəfər isə yaralanıb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı