Latviya Ukraynaya daha bir Mi-17 helikopterini təhvil verib.
Metbuat.az xəbər verir ki, bunu Latviyanın müdafiə naziri İnara Murniyetse özünün “X” sosial şəbəkəsində bildirib.
İ.Murniyetse qeyd edib ki, Ukrayna uğurlu döyüş aparır və öz ərazilərini geri alır: "Latviya müharibədə Ukrayna tam qələbə qazananadək ona dəstək olacaq".