Bir istedadın manifesti - VİDEO

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarı, "Ay Laçın" xalq mahnısının ifaçısı Ağamirova Rəvanə Seymur qızı haqqında məlumatı təqdim edirik.

Ağamirova Rəvanə Seymur qızı 2005-ci ildə İsmayıllı rayonunda anadan olub. Anadangəlmə görmə məhdudiyyəti ilə I dərəcə gözdən əlilliyi olan Rəvanə Ağamirova 5 nömrəli Respublika xüsusi internat məktəbinin şagirdidir.

Hələ uşaqkən onda müsiqiyə, Ifaçılığa xüsusi həvəs yaranıb. 2021-ci ildə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi həssas qruplardan olan digər şəxslər kimi, Rəvanənin də yaradıcılıq potensialının inkişafında mühüm dəstək verir.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan mərkəzdə bu gün 200-dək benefisiar müxtəlif yaradıcılıq fistiqamətləri üzrə təlimlərdə iştirak edir, öz bacarıqlarını təkmilləşdirir.

Rəvanə Ağamirova da bir ildən çoxdur DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində musiqi istiqaməti üzrə təlimlərə cəlb olunub. Buraya qəbul olunan Rəvanənin istedadının daha da püxtələşməsi, ifaçılıq qabiliyyətinin daha da inkişaf etdirilməsi üçün səylər göstərilir. Bu səylər də öz bəhrəsini verir: O artıq hər ifası ilə sənət yolunda artıq uğurlu addımlar atdığını bir daha təsdiq edir.

Onun oxuduğu "Ay Laçın" xalq mahnısı ilə də dogma Laçınla bağlı xoş duyğular, ənz əziz, unudulmaz hisslər ürəklərə hakim kəsilir.

Qeyd edək ki, Rəvanə ötən dövrdə də bir sıra müabiqələrədə də həmişə fərqlənməyi bacarıb, bir çox festivalların qalibi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı