Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatının sözdə İraq-Suriya üzrə kuryer "zabiti"nə qarşı nöqtə əməliyyatı həyata keçirib.
Metbuat.az yerli KİV-ə istinadən xəbər verir ki, əməliyyatla "Doğan" kod adlı Kadri Encun məhv edilib.
Bildirilir ki, sözügedən terrorçu Pənçə-Kilit əməliyyatlarına qarşı Qara, Zap, Metina və Haftanində əməliyyat keçirəcək terror qruplarının keçidini təmin edirmiş.