Bu şəxslər parklanmadan ÖDƏNİŞSİZ istifadə edə bilər

Qanuni parklanma ərazisinə yaxın yaşayan sakinlər avtomobillərini günün istənilən saatında ödənişsiz park edə bilər.

Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu parklanma ilə bağlı yeni qaydalarda öz əksini tapıb və qeyd edilir ki, bunun üçün sürücülər azparkinq mobil tətbiqinə müraciət etməklə talon əldə etməlidirlər.

Bu zaman sual yaranır, həmin ünvanlarda qeydiyyatda olmayan və yaxud da kirayədə qalan şəxslər də ödənişsiz parklanmadan istifadə edə bilərlərmi?.

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı hesab edir ki, ərazidə qeydiyyatı olmayıb, kirayədə yaşayan şəxslərə bu məsələdə güzəştlər tətbiq edilməlidir.

Qeyd edək ki, parklanma ilə bağlı qərara əsasən axşam saat 22:00-dan səhər saat 7-ə qədər, bir də həftənin bazar günün isətənilən şəxs parklanmadan ödənişsiz istifadə edə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR