Lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçimin nəticələri açıqlandı

Mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün II seçim mərhələsinin nəticələri elan edilib.

Bu barədə Metbuat.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Şagirdlərin elektron yerdəyişmə portalında (www.sy.edu.az/login) şəxsi kabinetə daxil olaraq qəbul nəticələri ilə tanış ola, eyni zamanda şagirdlərin sənədlərini qəbul olduqları müəssisəyə təqdim edə bilərsiniz.

Qeyd edək ki, sənəd qəbulu 30 avqust saat 16:00-dək davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR