"Fənərbaxça" və "Qalatasaray" ulduz futbolçu üçün savaşır

Yarımmüdafiəçi axtarışlarını davam etdirən "Fənərbaxça" və "Qalatasaray" "Latsio"nun braziliyalı futbolçusu Markos Antonionu transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, hər iki klub futbolçu üçün danışıqlar aparır. İtaliya mətbuatının məlumatına görə, “Marsel” klubundan Matteo Quenduzini heyətinə qatmaq üzrə olan "Latsio" da Markosu satmaq istəyir.

Bildirilir ki, Markos Antonion üçün “PAOk” danışıqlar aparsa da, "Fənərbaxça" və "Qalatasaray"ın daha iddialı təklif irəli sürüb.

23 yaşlı futbolçu üçün Səudiyyə Ərəbistanından da təklif var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı