Xəbər verdiyimiz kimi, avqusutun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə ziyarət edib. Zabux kəndində görülmüş işlərlə tanış olan zaman çay kənarına çəkilən istinad divarı Prezidentin diqqətindən qaçmayıb. Dövlət başçısı çaya girişlərin açılması ilə bağlı göstəriş verib.
“Mən baxıram, siz divarı belə bütöv çəkmisiniz, insanlar çaya yaxınlaşa bilmirlər, siz girişlər edin. Siz müxtəlif yerlərdə açın bu divarları ki, belə pilləkən düzəldin, yaxud da belə geniş olsun ki, insanlar çaya yaxınlaşa bilsinlər” - Prezident bildirib.
Metbuat.az Modern.az-a istinadən xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev bildirib ki, bəndlər sel daşqınlarının qarşısını almaq məqsədilə qurum tərəfindən çəkilib.
"Güclü yağışlar zamanı Həkəri çayı daşır. Bu zaman ətraf sahələrə və evlərə ziyan dəyməməsi üçün Komitə tərəfindən həmin bəndlər çəkilmişdi. Prezidentin göstərişindən sonra müəyyən hazırlıqlar gedir, tapşırıqlar yerinə yetiriləcək", - mətbuat katibi vurğulayıb.