Azərbaycanda yeni təhsil proqramları qəbul olunacaq

Azərbaycanda çətin həyat şəraitində olan şəxslərə sosial xidmətin göstərilməsi və sosial işin təşkili məqsədilə yeni təhsil proqramları qəbul olunacaq.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün dövlət proqramı"nda əksini tapıb.

Sənəddə qeyd edilib ki, “Sosial işçi”, “Sosial xidmətçi”, “Sosial pedaqoq” və “Sosial iş üzrə mütəxəssis-psixoloq” peşələri üçün peşə və kvalifikasiya standartları təsdiq ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı