ABŞ Yaponiyaya uzaqmənzilli qanadlı raketlər verir

ABŞ Dövlət Departamenti Yaponiyaya 104 milyon dollar dəyərində uzaqmənzilli qanadlı raketlərin və müvafiq avadanlıqların satışını icazə verib.

Metbuat.az xəbər verir ki, yazılı açıqlamaya görə, ABŞ Dövlət Departamenti 104 milyard dollar dəyərində 50 ədəd "JASSM-ER" uzun mənzilli qanadlı raket və əlaqədar avadanlıqların göndərilməsinə icazə verib. Satışın təsdiqi ilə bağlı Konqresə bildiriş göndərilib. Məlumata görə, ABŞ Konqresi Departamentin qərarına etiraz etməzsə, administrasiya paketin məzmunu ilə bağlı satışın təsdiq edildiyi ölkə ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Yaponiya hərbi xərcləri dəfələrlə artırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı