Azərbaycanla İrlandiya arasında ticarət dövriyyəsi 75%-dən çox artıb

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanla İrlandiya arasında ticarət dövriyyəsi 388 milyon 73 min dollara bərabər olub.

Metbuat.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 75.6% və ya 167 milyon 37 min dollar çoxdur.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan İrlandiyaya ixracın həcmi 80.6% artaraq 367 milyon 936 min dollar təşkil edib. Eyni dövrdə İrlandiyadan Azərbaycana ixracın həcmi isə 16.7% artaraq 20 milyon 136 min dollar olub.

Əlavə edək ki, Azərbaycanın İrlandiyaya ixracının 99.6%-ni xam neft məhsulu təşkil edib. Belə ki, cari ilin ilk 7 ayından Azərbaycandan İrlandiyaya 366 milyon 641 min dollar dəyərində 630 min 56 ton neft ixrac edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı