Səbinə Əliyeva beynəlxalq Qran-Pridə iştirak edəcək

Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışlarında təmsil edən yeniyetmə idmançı Səbinə Əliyeva avqustun 30-da Avstriyanın Linz şəhərində keçiriləcək ISU yeniyetmələr üzrə Qran-Pri yarışında iştirak edəcək.

Metbuat.az xəbər verir ki, idmançı və məşqçi Vitali Novikov bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan sözügedən ölkəyə yola düşüblər.

Sentyabrın 2-dək davam edəcək yarışda idmançımız 80-ə yaxın ölkənin fiqurlu konkisürəni arasında yüksək nəticə uğrunda mübarizə aparacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR