Sentyabr ayının yaxınlaşması ilə ulduz falı şərhlərinə maraq daha da artır. Xüsusən də maliyyə məsələlərində bəxti gətirəcək bürcləri öyrənmək istəyənlər astroloqların açıqlamalarını səbirsizliklə gözləyirlər.
Metbuat.az sentyabrda maliyyə cəhətdən parlayacaq bürcləri təqdim edir:
Payızın ilk ayında həm sevgidə, həm də maddi baxımdan sevinəcək bürclərdən biri də Buğalardır. Son dərəcə dözümlü və inadkarlığı ilə fərqlənən Buğalar həyatda ən yaxşısını əldə edənə kimi vuruşurlar. Bu ay onların şans qapısı açıq olacaq.
Buğa qədər Qoçlar da qazanmaq həvəsi ilə alışıb-yanırlar. İti ağıla sahib olan Qoçların arxasınca daima uğur "qaçır". Bu da onların cəmiyyətdə parlamasına, zəngin nüfuzuna səbəb olur. Qoçlar sentyabrda öz ehtiraslarını peşəkar sahəyə çevirəcəklər. Maddi baxımdan qazanclı aydır.
Liderliyi sevən Oğlaqlar xəsis olsalar da, sabit hədəfləri sayəsində bir çox sahələrdə zirvəyə çatmağı bacarırlar. Sentyabrda da, oğlaqların cibi dolub-daşacaq. Astroloqlar deyir ki, Oğlaqların şəxsi həyatı ilə bağlı vəziyyət ötən aydan fərqli olmayacaq.
Aidə / Metbuat.az