Təhsil krediti almaq üçün müraciət edənlərin sayı açıqlandı

2023-2024-cü tədris ilinin payız semestrində Təhsil Tələbə Krediti almaq üçün bu günə qədər 3 342 tələbə müraciət edib.

Metbuat.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Kredit Fondundan məlumat verilib.

Bildirilib ki, müraciət edənlərdən 1 712 nəfərə kredit verilib. Onlardan 523-ü sosial, 1 189-u isə standart təhsil kreditidir.

Qeyd edək ki, müraciət edənlərdən 168-nə imtina verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı