“Beşiktaş”dan sərvət istəyən Ramos "Qalatasaray"a güzəşt etdi

Qalatasaray” Serxio Ramosla 1+1 formatında razılıq əldə edib.

Metbuat.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, əvvəlcə 15 milyon avro məvcib tələb edən Ramos, 10 milyon avroya razılıq verib. Məlumata görə, Ramosun “Qalatasaray” qarşısında şərti klubun Çempionlar Liqasının qruplarına vəsiqə qazanması idi ki, Türkiyə təmsilçisi də bunu bacarıb.

Qeyd edək ki, Serxio Ramosla “Beşiktaş” klubunun da maraqlandığı deyilirdi. “Beşiktaş” rəhbərliyi bildirib ki, Ramosun iki illlik xərci 50 milyon avroya başa gəldiyi üçün transferdən imtina edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı