"Qalatasaray"la adı hallanan PSJ-nin futbolçusu Marko Verratti Qətərin “Əl-Ərəbi” klubu ilə razılığa gəlib.
Metbuat.az xəbər verir ki, “Əl-Ərəbi”həm futbolçunun özü, həm də PSJ ilə razılıq əldə edib. “RMC Sport”un iddiasına görə, Qətər klubu ulduz futbolçu üçün PSJ-yə bonuslar da daxil olmaqla 45 milyon avro ödəyəcək. Klubun futbolçuya ödəyəcəyi məvacib barədə detallar açıqlanmayıb. Verattinin Səudiyyə Ərəbistanı klubları ilə də danışıqlar apardığı iddia edilirdi.
Qeyd edək ki, 11 ildir PSJ-də çıxış edən Marko Verratti 416 matçda 11 qol vurub, 61 məhsuldar ötürmə edib.