“Qalatasaray”da Ramos fiaskosu

“Qalatasaray” Serxio Ramosla razılığa gələ bilməyib.

Metbuat.az xəbər verir ki, bu barədə “A Spor” məlumat verib. Bildirilir ki, “Qalatasaray” Ramosun istədiyi məvacibi qarşılamaqdan imtina edib.

Qeyd edək ki, bundan əvvəl “Qalatasaray”ın Serxio Ramosla 1+1 formatında razılıq əldə etdiyi barədə məlumat dərc edilmişdi. İddialara görə, əvvəlcə 15 milyon avro məvacib tələb edən Ramos, 10 milyon avroya razılıq verib.

Məlumata görə, Ramosun “Qalatasaray” qarşısında şərti klubun Çempionlar Liqasının qruplarına vəsiqə qazanması idi ki, Türkiyə təmsilçisi də bunu bacarıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı