UEFA Səudiyyə Ərəbistanı komandalarının avrokuboklarda iştirak edəcəyi ilə bağlı iddiaları təkzib edib.
Metbuat.az xəbər verir ki, UEFA prezidenti Aleksander Çeferin bildirib ki, yalnız Avropa klubları Avropa kuboklarında iştirak edə bilər:
"Bir mətbuat orqanı Səudiyyə Ərəbistanı klublarının bizdən soruşmadan avrokuboklara qatılacağını bildirdi. Yalnız Avropa klubları Çempionlar Liqası, Avropa Liqası və ya Avropa Konfrans Liqasında iştirak edə bilər. Mən bildiyim qədər Mbappe və Haaland Səudiyyə Ərəbistanına getmək istəmirlər. Ən yaxşı oyunçuların karyeralarının yaxşı vaxtında Səudiyyə Ərəbistanına getdiyini düşünmürəm”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı komandalarının təntənəli transferlərdən sonra avrokuboklarda iştirak üçün UEFA-ya müraciət edəcəkləri iddia edilirdi.