BDU-ya qəbul olan şəxslərin nəzərinə

Bakı Dövlət Universitetinin (BDU) bakalavriat səviyyəsinə qəbul olanların elektron qeydiyyat prosesi sentyabrın 5-i saat 11:00-dan sentyabrın 14-ü saat 18:00-dək davam edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib.

Müraciətçilər portal.edu.az platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Qeyd olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR