Avroliqada bütün qruplar müəyyənləşdi

Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

Metbuat.az xəbər verir ki, tədbir Fransanın Monako şəhərində keçirilib.

Mərasimdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri müəyyənləşib. Ağdam klubu "Bayer" (Leverkuzen, Almaniya), "Molde" (Norveç) və "Hakken"lə (İsveç) birlikdə H qrupunda yer alıb.

Qrupların tərkibi belədir:

A qrupu

“Vest Hem” (İngiltərə)

“Olimpiakos” (Yunanıstan)

“Frayburq” (Almaniya)

“Baçka Topola” (Serbiya)

B qrupu

“Ayaks” (Niderland)

“Marsel” (Fransa)

“Brayton” (İngiltərə)

AEK (Yunanıstan)

C qrupu

“Reyncers” (Şotlandiya)

“Betis” (İspaniya)

“Sparta” (Çexiya)

“Aris” (Kipr)

D qrupu

“Atalanta” (İtaliya)

“Sportinq” (Portuqaliya)

“Şturm” (Avstriya)

“Rakov” (Polşa)

E qrupu

“Liverpul”(İngiltərə)

LASK (Avstriya)

“Yunion” (Belçika)

“Tuluza” (Fransa)

F qrupu

“Vilyarreal”(İspaniya)

“Renn” (Fransa)

“Makkabi” (Hayfa, İsrail)

“Panatinaikos” (Yunanıstan)

G qrupu

“Roma” (İtaliya)

“Slaviya” (Çexiya)

“Şerif” (Moldova)

“Servett” (İsveçrə)

H qrupu

"Bayer" (Almaniya)

"Qarabağ"

"Mölde" (Norveç)

“Hekken” (İsveç).

Avropa Liqasında qrup mərhələsinə sentyabrın 21-də start veriləcək, dekabrın 14-də isə yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı