Aparıcı Tural Əsədovun da yeni sezondan etibarən Xəzər TV-dən ayrılacağı bildirilir. T.Əsədovun aparıcısı olduğu "Səhər mərkəzi" verilişi yeni sezondan etibarən həmkarı Vüsalə Əlizadəyə həvalə olunacaq.
Metbuat.az bildirir ki, bu barədə Pravda.az-a açıqlama verən T.Əsədovun cavabı belə olub:
"Məlumatı Xəzər TV-nin İctimaiyyətlə əlaqələr şöbəsi ilə dəqiqləşdirə bilərsiniz, mənim ixtiyarım yoxdur".
Aparıcı Vüsalə Əlizadə də açıqlamasında məlumatı inkar etməyib:
"Hələ mən heç bir açıqlama verməmişəm, heç nə deməmişəm. Nə vaxt dəqiqləşər, onda deyərəm. Nə olsa, özüm "İnstagram"da paylaşım edəcəyəm, görünəcək".
"Səhər mərkəzi" verilişi daha əvvəl Tural Əsədovla Afaq Gəncəlinin təqdimatında yayımlanıb. A.Gəncəli səhhətində yaranan problemlə əlaqədar bir müddət öncə verilişlə sağollaşıb.