​ İranın deputatı: “Urmu gölü qurumayıb, suyun həcmi azalıb”

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərinin İran parlamentindəki təmsilçisi Seyid Salman Zakir Urmu gölünün son vəziyyəti ilə bağlı danışıb.

Metbuat.az "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, o bildirib ki, göl qurumayıb:

“Urmu gölü qurmayıb, suyun həcmi azalıb ki, bu da kəskin istilər nəticəsində göl suyunun buxarlanması ilə bağlıdır”.

Onun sözlərinə görə, hazırda Urmu gölünün həcmi ən aşağı səviyyədədir. Salman Zakir gölün bərpası üçün külli miqdarda vəsait xərcləndiyini də iddia edib.

Millət vəkili qeyd edib ki, gölün yenidən canlanması məqsədilə həyata keçirilən layihələrin reallaşması üçün gözləmək lazımdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı