Mikayıl Cabbarov Pekində şirkət rəhbəri ilə görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov "China Energy International Group Co., Ltd." şirkətinin sədri Lü Dzesianq ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri "X" (tvitter) sosial şəbəkə hesabında məlumat verib.

""China Energy International Group Co., Ltd." şirkətinin sədri Lü Dzesianq ilə Azərbaycanda energetika sahəsində reallaşdırılan təşəbbüslər və şirkətlə əməkdaşlıq imkanları, ölkəmizin "yaşıl" enerji potensialı və işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr barədə müzakirələr apardıq", - nazir paylaşımında əlavə edib.

Qeyd edək ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti sentyabrın 1-4-də Çin Xalq Respublikasında səfərdə olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı