Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin Soçidə görüşəcək.
Metbuat.az xəbər verir ki, çoxdan gözlənilən görüşdə ən önəmli məsələ hazırda fəaliyyəti dayandırılan "Taxıl koridoru" sazişidir.
İki liderin görüşündə Rusiya və Ukrayna arasındakı müharibə də müzakirə olunacaq.
“Milliyet” qəzeti mənbələrə istinadən xəbər verir ki, Ərdoğan Soçidə Putinlə görüşdə Ankaranın Ukrayna məsələsində vasitəçilik etməyə hazır olduğunu bəyan etməyi planlaşdırır.