"Latsio"nun uruqvaylı futbolçusu "Qalatasaray"da

"Qalatasaray" İtaliyanın "Latsio" klubundan Matias Vecino Falero ilə anlaşıb.

Metbuat.az "NTV Spor"a istinadən bildirir ki, 32 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanacaq. Uruqvaylı oyunçu İstanbulda tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalanacaq.

Bu, İstanbul təmsilçisinin 12-ci transferi olub.

Qeyd edək ki, Falero kariyerası ərzində "Fiorentina", "Kalyari", "Empoli" və "İnter" forması geyinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı